top of page
Picture1.jpg
About IPS Page

InProService haqqında

Haqqında

In Pro Service təcrübəli peşəkarlardan ibarət komandası ilə Azərbaycanın qida sektoru, otelçilik, pərakəndə və əmlak sənayesi sektoru üçün hərtərəfli müştəri xidməti təqdim edir. Eləcə də özəl sektor üçün.

Müştərilərimizə ən yaxşı şəkildə fəaliyyət göstərməkləri üçün lazım olan hər şeyi çatdırırıq. Odur ki, biz, regionda qida sektoru və çamaşırxana müəssisələrinin dizaynı, pərakəndə sektoru üçün soyutma sistemlərinin və geniş çeşidli avadanlıqların satışı və quraşdırılması, doğru avadanlıq seçimi, istifadəçi təlimi və satış sonrası ən yaxşı xidmət daxil olmaqla, tam həllər təklif edirik. Qida sektoru, çamaşırxana və pərakəndə avadanlıqlar üçün ən yüksək standartların tələb olunduğu bazarda premium keyfiyyəti təmin etmək üçün nə lazım olduğunu yaxşı başa düşürük. Bizim öhdəliyimiz, hər zaman dəyəri, performansla birləşdirən üstün xidmət göstərməkdir. Müştərilərimizin hər hansı bir avadanlığın ehtiyyat hissəsinə və ya müxtəlif xüsusi sahələrdə yeni dizayn edilmiş və quraşdırılmış kompleks layihəyə ehtiyacı olmasından asılı olmayaraq, In Pro Service hər bir layihəyə misilsiz peşəkarlıq, geniş çeşidli avadanlıq təklifləri və üstün satış sonrası xidmət təqdim edir.

InProService keyfiyyətə sadiqdir

Hər bir müştəri əmin ola bilər ki, təcrübəli peşəkarlardan ibarət komandamız layihə gözləntilərini qarşılamağı və istənilən çətinliyin öhdəsindən gəlməyi bilir. Buna görə də məhsul xəttimizin əksəriyyəti ən yüksək beynəlxalq keyfiyyət standartlarına əməl edən və tənzimləyici orqanlar tərəfindən qoyulan tələblərə cavab verən istehsalçılar tərəfindən sertifikatlaşdırılmış ISO 9000-dir. Mühəndislərimizin və texniki işçilərimizin hər biri tam səriştəliliyi təmin etmək üçün əsas təchizatçılarımız tərəfindən təcrübəli şəkildə öyrədilir. Keyfiyyətin idarə edilməsi üzrə müstəqil məsləhətçimiz müştərilərimizə təkrarolunmaz təcrübə təmin etmək üçün həm məhsullarımızı, həm də işimizi hərtərəfli nəzərdən keçirir.

Dizayn xidmətləri

Mütəxəssis heyətimiz müştərilərimizin fikirlərini reallaşdırmaq üçün aparıcı mətbəx dizaynı və idarəetmə konsultantları ilə sıx əməkdaşlıq edir. Sadə təkmilləşdirmələrdən tam kommersiya mətbəxi və camaşırxana dizaynına qədər, bizim daxili CAD dizayn departamentimiz yerinə yetirilməyə hazır olan çertyojlar və renderlərlə tez dönüşü təmin edir. Diqqətlə seçilmiş əməkdaşlarımız və təchizatçılarımızla əməkdaşlıq edərək, dizayn və funksiyanın mükəmməl birləşməsini maksimum dəyər və səmərəliliklə təmin edirik.​

bottom of page